Azərbaycan yəhudi icmasına ağır itki üz verib

17 sentyabr, 2026

Azərbaycan yəhudi icmasına ağır itki üz verib

Tanınmış ictimai xadim, “STMEQİ-Azərbaycan” Dağ Yəhudilərinə Dəstək Xeyriyyə Fondunun rəhbəri, uzun illər “Hesed-Gerson” yəhudi humanitar mərkəzinə başçılıq etmiş Şaul Mixayloviç Davıdov 83 yaşında dünyasını dəyişib.

Şaul Davıdov Azərbaycanın yəhudi icmasının sosial və ictimai həyatında fəal iştirak edib. Ehtiyacı olan icma üzvlərinə dəstək göstərilməsi, yəhudi adət-ənənələrinin və mədəni irsinin qorunması istiqamətində mühüm xidmətlər göstərib. Onun çoxşaxəli fəaliyyəti ölkəmizdə multikultural dəyərlərin təşviqinə, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və anlaşma mühitinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Onun, həmçinin dağ yəhudilərinin zəngin mədəni irsinin ayrılmaz tərkib hissəsi olan cuuri dilinin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsində xüsusi xidmətləri olub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Şaul Davıdovun vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına, eləcə də Azərbaycanın yəhudi icmasına dərin hüznlə başsağlığı verir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər