15 ölkədəki azərbaycanlı diaspor gənclərini birləşdirən sosial şəbəkə qrupları yaradılıb

15 may, 2026

15 ölkədəki azərbaycanlı diaspor gənclərini birləşdirən sosial şəbəkə qrupları yaradılıb

Azərbaycan Diaspor Gəncləri Təşkilatı (ADG) xaricdə yaşayan azərbaycanlı gənclərin əlaqələrinin gücləndirilməsi və birgə fəaliyyətinin təşviqi məqsədilə 15 ölkəni əhatə edən xüsusi sosial şəbəkə qrupları yaradıb.

Yeni qruplar vasitəsilə həmin ölkələrdə yaşayan yüzlərlə gənc aktual məlumatlar, tədbirlər, layihələr və müxtəlif inkişaf imkanları barədə operativ şəkildə məlumat əldə edəcək, eyni zamanda bir-biriləri ilə sıx ünsiyyət quracaqlar.

Hazırda qruplarda əsasən tələbələr, gənc mütəxəssislər və könüllülər üstünlük təşkil edirlər. Bu yenilik qısa müddətdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında koordinasiyanın güclənməsinə, əlaqələrin qurulmasına və ortaq təşəbbüslərin formalaşmasına şərait yaradıb.

İştirakçılar bu qrupların həm məlumat mübadiləsi, həm də əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından faydalı hesab edirlər.

ADG rəhbərliyi yaxın müddətdə bu cür qrupların sayının artırılmasını və daha geniş coğrafi əhatənin təmin olunmasını nəzərdə tutur. Məqsəd xaricdə yaşayan azərbaycanlı gənclər arasında daha güclü şəbəkələşmə yaratmaq, onların təşəbbüslərini dəstəkləmək və diaspor fəaliyyətində iştirakını daha da artırmaqdır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər