Vorvik Universitetinin layihəsi çərçivəsində Azərbaycan təbliğ edilib

19 noyabr, 2026

Vorvik Universitetinin layihəsi çərçivəsində Azərbaycan təbliğ edilib

İngiltərənin Vorvik Universitetində (University of Warwick) “One World Warwick” adlı layihə həyata keçirilib. Vorvik Azərbaycan Tələbə Cəmiyyəti bu layihə çərçivəsində “Azərbaycanı kəşf et” (“Discover of Azerbaijan”) devizi ilə ölkəmizin zəngin mədəni irsini, milli adət-ənənələrini və mədəni müxtəlifliyini təbliğ ediblər.

Universitetin tələbə müəllim heyətinə Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri və ənənələri barədə məlumat verilib. Həmçinin ölkəmizin beynəlxalq tələbə mühitində tanıdılması, müxtəlif mədəniyyətlər arasında əlaqələrin və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Vorvik Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Suzan Həsənli bu cür təşəbbüslərin Azərbaycanın xaricdə təbliğində, ölkəmiz barədə məlumatlılığın artırılmasında və müxtəlif xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Azərbaycanın milli kimliyinin və zəngin mədəni irsinin Böyük Britaniyada tanıdılması, eləcə də beynəlxalq tələbə ictimaiyyəti ilə əlaqələrin genişləndirilməsi baxımından platformanın əhəmiyyətini vurğulayıb.

Məlumat üçün bildirək ki, tələbə soydaşlarımızı təbliğat materialları ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi təmin edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər