Soydaşımız Almaniya Güləş Bundesliqasının diqqət mərkəzindədir

20 noyabr, 2026

Soydaşımız Almaniya Güləş Bundesliqasının diqqət mərkəzindədir

Azərbaycanlı idmançı Tuncay Vezirzadə Almaniya Güləş Bundesliqasında  Greiz şəhərini təmsil edən komandanın heyətində uğurlu çıxışlarını davam etdirir.

“Odlar Yurdu” Boks Klubunun İdarə Heyətinin üzvü Cavid Feyziyev Azərbaycan bayrağının beynəlxalq arenada dalğalanmasının qürurunu yaşadığını bildirib.

98 kq çəki dərəcəsində mübarizə aparan Tuncay Vezirzadə Bundesliqada keçirdiyi 46 görüşün hamısında qələbə qazanaraq turnirin diqqətçəkən nəticələrindən birinə imza atıb.

İdmançının son qarşılaşması U-20 Avropa çempionu, böyüklər arasında U-23 dünya çempionatının bürünc medalçısı Darius Kieferə qarşı olub.

Qeyd edək ki, Tuncay Vezirzadə çıxışlarını “Odlar Yurdu” Boks Klubunun adından davam etdirərək beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər