Kostanayda etnomədəni birliklərin gəncləri arasında intellektual yarış keçirilib

20 noyabr, 2026

Kostanayda etnomədəni birliklərin gəncləri arasında intellektual yarış keçirilib

Qazaxıstanın Kostanay vilayətində yerləşən Dostluq Evində “Birlik” Etnomədəni Birliyinin təşkilatçılığı ilə “Nar Bayramı Quiz” adlı intellektual oyun keçirilib.

Təşəbbüsün məqsədi müxtəlif xalqların nümayəndələri arasında ünsiyyəti genişləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, dostluq və etniklərarası həmrəyliyi möhkəmləndirmək olub.

Yarışda müxtəlif etnomədəni birlikləri təmsil edən ümumilikdə 8 komanda mübarizə aparıb. Viktorina sualları Qazaxıstan və Azərbaycan xalqlarının adət-ənənələrini, hər iki ölkənin tarixini və mədəni irsini əhatə edib.

İştirakçılar bilik və dünyagörüşlərini, çevik düşünmə və komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər.

Dostluq və rəqabət şəraitində keçən oyun müxtəlif etnik icmaların gəncləri arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin və mədəni əlaqələrin inkişafına töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər