GAİM-in şagirdləri beynəlxalq intellektual olimpiadada 21 kubok qazanıblar

20 noyabr, 2026

GAİM-in şagirdləri beynəlxalq intellektual olimpiadada 21 kubok qazanıblar

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyilə Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisidə keçirilən AMAkids WORLD CUP 2026 beynəlxalq intellektual olimpiadasında uğurla çıxış edərək ümumilikdə 21 kuboka layiq görülüblər.

Dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçının qatıldığı yarışda Candar İctimai Məktəbi, Maarif Məktəbi, 6 nömrəli, Şulaver və Alget məktəblərinin şagirdləri ingilis dili, riyaziyyat və mental arifmetika üzrə bilik və bacarıqlarını sınayıblar. Nəticələrə əsasən, GAİM təmsilçiləri müxtəlif istiqamətlərdə I, II və III yerləri tutublar.

Daha sonra GAİM-də olimpiada qaliblərinə kubok və sertifikatların təqdimetmə mərasimi keçirilib.

GAİM kollektivi uğurun əldə olunmasında əməyi olan müəllimlərə, valideynlərə və təşkilatçılara təşəkkürünü bildirib, şagirdlərə gələcək yarışlarda yeni nailiyyətlər arzulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər