Voronejdəki Azərbaycan icmasından humanitar təşəbbüs

6 may, 2025

Voronejdəki Azərbaycan icmasından humanitar təşəbbüs

Rusiyanın Voronej vilayətində fəaliyyət göstərən Azərbaycan icması xeyirxah təşəbbüsə imza atıb. Belə ki, Banqladeşdə su quyusu inşa etdirilib.

Layihə icma üzvlərinin fəal dəstəyi və birgə ianələri nəticəsində gerçəkləşdirilib. Artıq quyu istifadəyə verilib və həmin ərazidə yaşayan yerli sakinləri təmiz içməli su ilə təmin edir.

Voronej vilayətindəki Azərbaycan icmasının bu təşəbbüsü ehtiyacı olan insanlara yardım etmək, humanizm və həmrəylik dəyərlərini yaymaq baxımından əlamətdar addımdır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər