Məktəbli soydaşımız Çində keçirilən konfransda iki mükafata layiq görülüb

6 may, 2025

Məktəbli soydaşımız Çində keçirilən konfransda iki mükafata layiq görülüb

Çin Xalq Respublikasındakı Kanada Beynəlxalq Məktəbində təhsil alan soydaşımız Tamər Quliyev həmin ölkədə keçirilən Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) konfransında iki dəfə “Best Delegate” (“Ən yaxşı Nümayəndə”) və iki dəfə “Certificate of Excellence” (“Mükəmməllik Sertifikatı”) mükafatlarına layiq görülüb.

O, tədbirlərdə iştirak edən yeganə azərbaycanlı məktəbli kimi öz çıxışları və fəallığı ilə diqqət mərkəzində olub.

Tamər Quliyev indiyədək dünyanın müxtəlif ölkələrində - ABŞ, Niderland, Yunanıstan, Portuqaliya və Çində təşkil olunan MUN (Model United Nations) konfranslarında iştirak edib. Onun valideynləri Çinin Hefey şəhərində yerləşən Kanada Beynəlxalq Məktəbində müəllim kimi çalışırlar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulyasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər