Varşavadakı Katolik kilsəsində ilk dəfə “messa” saatında kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb

26 fevral, 2024

Varşavadakı Katolik kilsəsində ilk dəfə  “messa” saatında kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evi tərəfindən Varşava şəhərində yerləşən “Evangelist Lukas” katolik kilsəsində 250-dən çox yerli sakinin iştirak etdiyi anım tədbiri təşkil edilib. Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin “messa” saatı adlanan kütləvi ibadəti zamanı yad olunub.

Daha sonra kilsə keşişi Yan Popiel Xocalı faciəsi və soyqırımı qurbanları haqqında məlumat verib. O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələri tərəfindən  Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib: “Son illər bu cür faciələrlə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. 16 ölkə və ABŞ-ın 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onlara dost münasibəti bəsləyən xalqlar bu faciəli gündə insan həyatının dəyərini uca tutmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-da, o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək”.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli göstərilən dəstəyə görə kilsə keşişi Yan Popielə təşəkkür edib, söhbət insan həyatından gedən zaman etnik və dini ayrıseçkiliyin olmamasının vacibliyini vurğulayıb və Xocalı faciəsinin izlərinin unudulmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Yerli əhalinin soyqırımı haqqında dolğun  məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımınının dəhşətlərini əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilib, Şuranın üzvləri tərəfindən şəhər sakinlərinə 100-dən çox kitabça paylanıb, Xocalı soyqırımı haqqında polyak və ingilis  dillərində ətraflı məlumat verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər