Avstraliyanın Brisben şəhərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib
25 fevral, 2024Avstraliya İttifaqının Brisben şəhərində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə məlumatlandırma aksiyası keçirilib.
Aksiya Kvinslenddə Azərbaycan Milli Assosiasiyası tərəfindən təşkil olunub.
Təşkilat üzvləri üzərində “Justice for Khojaly” yazısı olan köynəklər geyinərək, şəhərin mərkəzi küçələrindən birində Xocalı faciəsi barəsində məlumatlar əks olunmuş broşürləri yerli sakinlərə paylayıblar.
Qeyd edək ki, “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Foto qalereya
Digər xəbərlər