Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzusundan bəhs edilib
26 sentyabr, 2023"Şuşa-2024 - Türk Dünyasının mədəniyyət paytaxtı ili" çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunun ilk paneli “Heydər Əliyev və Türk Dünyası” mövzusuna həsr edilib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, millət vəkili Rafael Hüseynovun moderatorluğu ilə baş tutan paneldə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək, forumun işinə uğurlar arzulayıblar.
Panelin qonaqları Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycanın sabiq Baş Naziri və keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Heydər Əliyevin Azərbaycan və Türk Dünyasının tarixindəki rolundan, mədəniyyət və incəsənətə qayğısından, türk dövlətlərinin birliyi yolunda fəaliyyətindən bəhs ediblər.
Tədbir panel iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.
I Forumun ilk günü Heydər Əliyev Mərkəzinin ziyarət edilməsi ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər