“Tervuren” festivalında Azərbaycana stendinə böyük maraq olub
8 may, 2025.jpeg)
“Fireland” Azərbaycanlılar Birliyi Belçikanın paytaxtı Brüsseldə hər il ənənəvi olaraq keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə hazırlanan stenddə Azərbaycanın mətbəx nümunələri, suvenirlər, milli geyimlər ziyarətçilərə təqdim olunub. Eyni zamanda, qonaqlara ölkəmizə dair müxtəlif mövzularda geniş məlumat verilib.
Azərbaycan stendi festivalın ən çox diqqət çəkən və ziyarət edilən ekspozisiyalarından biri olub. Təhlükəsizlik xidmətində çalışan yerli polis əməkdaşları da stendin qarşısındakı izdihamla bağlı “ən çox ziyarət edilən stend Azərbaycan stendi oldu, səbəbini öyrənmək üçün dəfələrlə yaxınlaşmalı olduq” – deyə bildiriblər.
Festival çərçivəsində “Fireland” rəqs qrupu və Belçikada təhsil alan azərbaycanlı gənclərin ifasında milli rəqslərimiz böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüsseldə keçirilir. Festivalda müxtəlif ictimai, mədəni və diaspor təşkilatlarına aid yüzlərlə stend qurulur. “Fireland” Azərbaycanlılar Birliyi artıq ikinci ildir ki, bu nüfuzlu festivalda Azərbaycanı təmsil edir.
Foto qalereya
Digər xəbərlər