Komitə əməkdaşları Zəfər Parkını ziyarət ediblər
27 sentyabr, 2023Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları 27 sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət ediblər.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin ictimaiyyətinə Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər. dünyanın 14 ölkəsində fəaliyyət göstərən Azərbaycan evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilir.
Foto qalereya
Digər xəbərlər