Şimali Kaliforniyada “Sonsuz Dəhliz” filmi nümayiş olunub
4 mart, 2025
ABŞ-nin Şimali Kaliforniya ştatında fəaliyyət göstərən Şimali Kaliforniya Mədəniyyəti Cəmiyyəti (ACSNC) Xocalı soyqırımının 33-cü ildönümündə litvalı rejissor Aleksandras Brokasın “Sonsuz dəhliz” sənədli filminin nümayişini təşkil edib.
Filmin nümayişindən əvvəl iştirakçılar Xocalı həqiqətlərini əks etdirən fotosərgiyə baxıblar. Onlara Xocalı soyqırımı haqqında geniş məlumat verilib və beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının əhəmiyyəti vurğulanıb.
Sonda tamaşaçılar film haqqında öz təəssüratlarını bölüşüb, təsirli süjet xətti və reallıqları əks etdirməsi haqqında danışıblar. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və gələcək nəsillərin bu hadisələri unutmaması üçün görülən işlərdən bəhs ediblər.
Foto qalereya
Digər xəbərlər