Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb
21 may, 2025.jpg)
Bolnisi rayonunun Arıxlı kəndində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gənclər və Təhsil Mərkəzinin təşəbbüsü ilə İcma Mərkəzi yaradılıb.
Açılış mərasimində Gənclər və Təhsil Mərkəzinin rəhbəri Rezo Həsənov qonaqları salamlayaraq mərkəzin fəaliyyəti və proqramları barədə ətraflı məlumat verib. Azərbaycan dili müəllimi Fəridə Seyidova ana dili bilməyin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri mərkəzin kollektivinə uğurlar arzulayıb.
Mərkəzdə Azərbaycan, gürcü, ingilis dili və universitetə hazırlıq kursları təşkil olunacaq. Həmçinin yaxın zamanda hüquqi xidmətlərin də göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Arıxlı İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək sayca dördüncü mərkəzdir. Bundan əvvəl Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində icma mərkəzləri istifadəyə verilib.
Foto qalereya
Digər xəbərlər