Sürixdə milli rəqslərimiz nümayiş olunub
21 may, 2025.jpeg)
İsveçrənin Sürix şəhərində “Sürix Kantonu Türk Valideynlər Dərnəyi”nin təşkilatçılığı ilə şənlik keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycanın Dostları” Birliyinin nəzdində fəaliyyət göstərən “Buta” rəqs qrupu şənlikdə ölkəmizi təmsil edib. Gənc rəqqasların ifası və “Yaylıq”, “Uzundərə”, “Üzüm” kimi milli rəqslərimiz tamaşaçıların böyük marağı, alqışları ilə qarşılanıb.
Şənlikdə Sürix kantonunda fəaliyyət göstərən bütün türk məktəblərinin şagirdləri səhnə alıblar.
Qeyd edək ki, “Azərbaycanın Dostları” Birliyi İsveçrədəki soydaşlarımızın fəal iştirakı ilə mədəniyyətimizin müxtəlif beynəlxalq tədbirlərdə təbliği, milli dəyərlərimizin yaşadılması və qorunması istiqamətində ardıcıl iş aparır.
Foto qalereya
Digər xəbərlər