Bəstəkar Xədicə Zeynalovanın əsərlərinin premyerası olub
20 may, 2025
Almaniyanın Detmold şəhərində yerləşən “Landestheater Detmold” teatrında xor musiqisinə həsr olunan “Grenzenlos” (Sərhədsiz) adlı konsert keçirilib. Konsertin təşkilatçısı teatrın xor kollektivi və onun bədii rəhbəri, xor direktoru Francesco Damianidir.
Konsert proqramında azərbaycanlı bəstəkar, musiqiçi Xədicə Zeynalovanın xor üçün yazdığı əsərlərin premyerası baş tutub. Soydaşımız solistlər, fortepiano, eləcə də qarışıq xor üçün bəstələdiyi nümunələr ilə konsertdə iştirak edən yeganə azərbaycanlı sənətçidir. Onun bəstələri alman auditoriyasının böyük marağı və alqışları ilə qarşılanıb.
Proqram çərçivəsində klassik xor ədəbiyyatının tanınmış müəllifləri ilə yanaşı, uzun müddət unudulan bəstəkarların musiqiləri də ifa edilib.
Foto qalereya
Digər xəbərlər