“Qırğızıstanın repressiya olunmuş azərbaycanlıları” kitabı təqdim olunub
19 may, 2025.jpg)
Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Qırğızıstan Xalqları Assambleyasının rəhbəri Almanbet Matubraimov ilə “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdovun kitablarının təqdimat mərasimi keçirilib.
“Qırğızıstanın repressiya olunmuş azərbaycanlıları”, “Qırğızıstanın repressiya edilmiş xalqları”, “Zamanla sınanmış həyat” adlı kitablar dünya repressiya tarixi haqqındadır.
Mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qazaxıstanın səfiri Rapil Joşibayev, diaspor rəhbərləri, tanınmış siyasi və ictimai xadimlər, alimlər, iş adamları iştirak edib.
Tədbiri Diplomatik Akademiyanın prorektoru Zaynidin Kurmanov tanınmış filosof Jan-Jak Russonun fikri ilə açıb: “Ədalətsizliyi görüb heç nə etməmək onun iştirakçısına çevrilməkdir”.
Natiqlər bu nəşrlərin tarixi ədalətin bərpası, kollektiv yaddaşın qorunması və gənc nəsillər arasında maarifləndirmə baxımından mühüm rol oynadığını qeyd ediblər. Kitabların əvvəllər məlum olmayan məlumatlar və yeni arxiv materialları əsasında hazırlanmasını xüsusi vurğulayıblar. Həmçinin bu kimi elmi əsərlərin keçmişin faciəli səhifələrinin bir daha təkrarlanmaması üçün cəmiyyətə mühüm mesaj verdiyini bildiriblər.
Foto qalereya
Digər xəbərlər