Diaspor Könüllüləri üçün xaricdə təhsillə bağlı təlim keçirilib

20 may, 2025

Diaspor Könüllüləri üçün xaricdə təhsillə bağlı təlim keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində “Diaspor Könüllüləri” proqramının iştirakçıları üçün xaricdə təhsil mövzusunda maarifləndirici təlim keçirilib.

Təhsil üzrə ekspert, diaspor fəaliyyətində aktiv  iştirak edən Fatimə Mehdizadə iştirakçılara dünyanın aparıcı universitetlərinə qəbul prosesi, təqaüd imkanları, ərizə və motivasiya məktublarının hazırlanması barədə məlumat verib. Eyni zamanda xaricdəki tələbə həyatı ilə bağlı fikirlərini bölüşüb. O, gənclərə uğurlu təhsil strategiyaları və planlama yolları haqqında danışıb.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar suallar ünvanlayıb, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təlimdə komitədə təcrübə keçən gənclər də iştirak edib.

Tədbirin sonunda iştirakçılar belə maarifləndirici sessiyaların davamlı təşkil olunmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər