“Ümid çiçəyi” Moskva səhnəsində
21 may, 2025
Rusiya Federasiyasının paytaxtı Moskvada Ümumrusiya Görmə imkanı məhdud insanlar Cəmiyyətinin Mədəniyyət Evində “Ümid çiçəyi” (“Цветок надежды”) adlı xeyriyyə tamaşası səhnələşdirilib.
Tədbirin biletlərinin satışından əldə olunan bütün vəsaitin xeyriyyə layihələrinə yönəldilməsi nəzərdə tutulub.
Müxtəlif millətlərin nümayəndələrindən ibarət tamaşaçılara Azərbaycanın zəngin mədəni irsi və xalqımızın qədim adət-ənənələri nümayiş etdirilib.
Tamaşa “Qarabağ” ansamblının rəqqasları və tələbə kollektivinin ifasında rəqslərlə müşayiət olunub.
Layihənin ideya müəllifləri, təşkilatçıları və aparıcıları, universitetin nümayəndələri Mədinə Mahmudova və Nərmin Babayeva tədbirin ərsəyə gəlməsində və keçirilməsində göstərdiyi dəstəyə görə "Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənova, həmçinin təşkilatın Qadınlar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Foto qalereya
Digər xəbərlər