Azərbaycanlı balaca rəssamın əsərləri Parisdə böyük maraq doğurub
29 oktyabr, 2026
Estoniyada yaşayan balaca soydaşımız, rəssam Nuray Quliyeva Fransanın paytaxtı Parisdə “Bir dünya, bir gələcək” devizi altında keçirilən beynəlxalq rəsm sərgisində iştirak edib.
Luvr muzeyində təşkil olunan sərgidə 11 yaşlı rəssamın Azərbaycanın tarixi, coğrafiyası, milli-mədəni irsi və adət-ənənələrini əks etdirən rəngarəng əsərləri nümayiş etdirilib. Gənc rəssamın özünəməxsus üslubu, əsərlərin ifadəliliyi və bədii zənginliyi ziyarətçilərdə böyük maraq doğurub.
Rəssam Nuray Quliyeva Estoniyada fəaliyyət göstərən “OCAQ” Azərbaycan icmasının qadınlar təşkilatının yaradıcılarından biri olan Ofeliya Quliyevanın nəvəsidir. Onun beynəlxalq incəsənət sərgisində iştirakı gənc nəslin yaradıcılıq potensialının nümayişi, eləcə də Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətli sayılıb.
Qeyd edək ki, “OCAQ” Azərbaycan icması Estoniyada yaşayan soydaşlarımızın milli-mədəni dəyərlərini və adət-ənənələrini qorumaq, gənc nəslin Azərbaycanla bağlarını gücləndirmək və ölkəmizin mədəniyyətini tanıtmaq istiqamətində fəaliyyət göstərir.
Foto qalereya
Digər xəbərlər
