Kişinyovdakı Azərbaycan dili həftəsonu məktəbi yeni tədris ilinə hazırlaşır

6 sentyabr, 2023

Kişinyovdakı Azərbaycan dili həftəsonu məktəbi yeni tədris ilinə hazırlaşır

Kişinyov şəhərində fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin (CAM) nəzdindəki Azərbaycan dili həftəsonu məktəbi yeni tədris ilinə başlayıb.

CAM sədri Elçin Bayramov Moldova paytaxtında yaşayan soydaşlarımızın övladlarının yeni tədris ilinin başlamasını səbirsizliklə gözlədiklərini bildirib. “9 sentyabr 2023-cü il tarixindən Azərbaycan dili həftəsonu məktəbi qapılarını yenidən şagirdlərin üzünə açacaq. Ötən il olduğu kimi, 2023-2024-cü tədris ilində də şagirdlər hər bazar günü Azərbaycan dili, tarixi və mədəniyyətini öyrənmək imkanı əldə edəcəklər”.

Elçin Bayramov bildirib ki, məktəbdə şagirdləri yeni biliklər, xoş tanışlıqlar, bol ünsiyyət və zəngin proqram gözləyir.

Qeyd edək ki, Azərbaycan dili həftəsonu məktəbi ötən ilin iyul ayından etibarən CAM-ın nəzdində fəaliyyət göstərir. Məktəbin təsis olunmasında əsas məqsəd Moldovada yaşayan azərbaycanlı məktəblilərə Azərbaycan dilinin, zəngin tariximizin və ədəbiyyatımızın öyrədilməsidir.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər