Tbilisidə Mirzə Şəfi Vazehin anadan olmasının 232-ci ildönümü qeyd olunub

20 noyabr, 2026

Tbilisidə Mirzə Şəfi Vazehin anadan olmasının 232-ci ildönümü qeyd olunub

Gürcütanın paytaxtı Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) və “Yeni Nəslin Liderləri”nin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin 232-ci doğum gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə şairin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Daha sonra Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, Tbilisidə yaşadığı illərdəki pedaqoji fəaliyyəti, yaratdığı “Divani-Hikmət” ədəbi-fəlsəfi məclisinin fəaliyyəti və əsərlərinin Avropada tanınması barədə məlumat verilib.

1840–1852-ci illərdə Tiflisdə yaşayan Mirzə Şəfi Vazehin Tiflis Qəza Məktəbində və Gimnaziyada Azərbaycan və fars dillərini tədris etdiyi, Şərqşünas İvan Qriqoryevlə birlikdə “Kitabi-türki” dərsliyini hazırladığı, “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini genişləndirərək dövrün tanınmış ziyalılarını ətrafına topladığı bildirilib.

Alman şairi və şərqşünası Fridrix Bodenştedt də Azərbaycan və fars dillərini öyrənmək üçün Vazehdən dərs alıb. Tiflis ədəbi mühitinin təsiri şairin yaradıcılığında cəhalətə, dini fanatizmə və riyakar ruhanilərə qarşı tənqidi motivləri gücləndirib, o, əsərlərində dünyəvi sevgini, insan ağlını və həyat gözəlliklərini tərənnüm edib.

Xatırladaq ki, Mirzə Şəfi Vazeh 28 noyabr 1852-ci ildə Tiflisdə vəfat edib və hazırda Tbilisi Botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar Panteonunda dəfn olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər