Stokholm şəhərində Həmrəylik Günü bayram edilib

7 yanvar, 2024

Stokholm şəhərində Həmrəylik Günü bayram edilib

İsveçin Stokholm şəhərində “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Qalib çıxan Azərbaycan!” adlı bayram tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, icma üzvləri, diaspor fəalları və xarici qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan diasporunun inkişafındakı müstəsna rolu barədə məlumatın verilməsi ilə davam edib.

Tədbir iştirakçılarını salamlayan SAF sədri Sevda Dadaşova bildirib ki, bu il qalib xalqın övladı kimi Həmrəylik Günündə həmvətənləri ilə bir araya gəlməkdən qürur duyur. Tədbirdə çıxış edənlər bayramlar münasibətilə soydaşlarımızı təbrik ediblər. İsveçdə yaşayan Azərbaycan vətəndaşlarını 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

Dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başlayan konsert proqramında tanınmış opera ifaçıları, İsveç səhnəsinin ulduzları Ulrika Nilsson və Jak Radinson, aktyor və müğənni Elnur Muradov, Harun Çinar, Kemal Armagan, piano ifaçısı Anar Rüstəmov, DJ Atilla və “Qarabağ” rəqs qrupu çıxış ediblər.

Konsert proqramı alqışlarla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər