Soydaşlarımız Bolqarıstan ictimaiyyətinə başsağlığı ünvanlayıb

19 noyabr, 2026

Soydaşlarımız Bolqarıstan ictimaiyyətinə başsağlığı ünvanlayıb

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi və “Bolqarıstan-Azərbaycan Əməkdaşlıq Assosiasiyası” Bolqarıstan Respublikasının Prezidentinə, Bolqarıstan Respublikası Parlamentinin sədrinə və Bolqarıstan Respublikasının Baş nazirinə müraciət ünvanlayaraq “Trakiya” magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və çoxsaylı şəxslərin yaralanması ilə bağlı başsağlığı veriblər.

Müraciətdə faciə nəticəsində 13 nəfərin həyatını itirməsi və 50-dən çox insanın yaralanması ilə əlaqədar dərin hüzn ifadə olunub. Təşkilatlar həlak olanların ailələrinə və yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıblar. Həmçinin bu ağır sınaq qarşısında Bolqarıstan xalqı ilə həmrəylik və mənəvi dəstək ifadə edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər