Soydaşımız Qazaxıstanda məsul vəzifəyə təyin edilib
26 may, 2025
Qazaxıstan Xalqı Assambleyasının (QXA) Qərbi Qazaxıstan vilayəti üzrə "30 il birlik və razılıq naminə" mövzusunda XXVII sessiyası baş tutub.
Sessiya çərçivəsində regionda ictimai rifahın və etnoslararası sabitliyin qorunması kimi vacib məsələlər müzakirə edilib.
Tədbirdə "Birlik" Azərbaycan İctimai Birliyinin sədri Nəcəf Məmmədov QXA-nın Qərbi Qazaxıstan regional bölməsinin sədrinin ictimai əsaslar üzrə müavini təyin edilib.
Nəcəf Məmmədov uzun illərdir diaspor fəaliyyəti sahəsində çalışaraq, millətlərarası dostluq, qarşılıqlı anlaşma və mədəni inteqrasiya istiqamətində təşəbbüslərlə çıxış edib. Onun rəhbərliyi ilə “Birlik” İctimai Birliyi Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, habelə müxtəlif millətlərin nümayəndələri arasında dostluq və əməkdaşlığın inkişafına töhfələr verib.
Soydaşımızı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ictimai fəaliyyətində uğurlar arzulayırıq.
Foto qalereya
Digər xəbərlər