Dövlət Komitəsinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

12 dekabr, 2023

Dövlət Komitəsinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.

Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitə əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Komitəsinin əməkdaşları ulu öndərin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, xaricdəki Azərbaycan icmaları ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 200-dən artıq tədbir keçirib. Ümummilli liderin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi ilin sonunadək davam edəcək. 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər