Zalsburqda Novruz bayramına həsr olunan dərslər keçirilib
13 mart, 2025.jpeg)
Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evində fəaliyyət göstərən həftəsonu məktəbində Novruz bayramına həsr olunan dərslər keçirilib.
Azərbaycan və alman dillərində təşkil edilən dərslərdə xalqımızın ən qədim və əziz bayramı haqqında ətraflı məlumat verilib.
Azərbaycanlı və əcnəbi şagirdlər üçün müxtəlif viktorinalar təşkil olunub, milli adət-ənənələrimizin unudulmamasının, gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışılıb.
Gözəl və qədim Novruz adətləri, xüsusilə yumurta boyama ənənəsi ilə tanış olan iştirakçılar dərsdən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, xaricdəki Azərbaycan Evlərində və həftəsonu məktəblərində keçirilən bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də müxtəlif xalqların adət-ənənələri ilə daha dərindən tanış olmağa şərait yaradır.
Foto qalereya
Digər xəbərlər