8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videokonfrans görüş keçirilib
12 mart, 2025
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Orta Asiya ölkələrində müxtəlif sahələrdə çalışan qadın diaspor nümayəndələrinin iştirakı ilə “Diasporda qadının rolu” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxışçılar Azərbaycanda qadın hüquqlarının qorunmasının, təbliğinin, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbulunda rolunun artırılmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğu qeyd ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Diaspor qadınlarının da bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti vurğulanıb, inteqrasiya və inkişaf sahəsində mövcud problemlər barəsində müzakirə aparılıb.
Sonda diaspor fəaliyyətində fərqlənən şəxslər Komitənin Təşəkkürnamələri ilə təltif olunublar.
Foto qalereya
Digər xəbərlər