Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Finlandiyanın səfiri ilə görüşüb
11 mart, 2025
Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinenlə görüşüb.
Helsinki şəhərində səmimi şəraitdə baş tutan görüşdə Azərbaycan və Finlandiya arasında əlaqələrdən bəhs edilib, qarşılıqlı əməkdaşlıq məsələləri, birgə tədbirlərin təşkili imkanları müzakirə olunub.
Qeyd edək ki, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti 2004-cü ildən fəaliyyət göstərir.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər