Şimkənddə Qazaxıstan Assambleyasının 30 illiyi və “Konstitusiya və Suverenlik İli” qeyd olunub

13 mart, 2025

Şimkənddə Qazaxıstan Assambleyasının 30 illiyi və “Konstitusiya və Suverenlik İli” qeyd olunub

Qazaxıstanın Şimkənd şəhərində Qazaxıstan Assambleyasının 30 illiyinə və Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitet tələbələri, məktəblilər, müəllim və professorlar iştirak ediblər.

"Qarabağ” Azərbaycan Etnomədəni Birliyi"nin rəhbəri Ramilə Mustafayeva tədbir haqqında məlumat verərək azərbaycanlıların Qazaxıstanda yaşamasından, adət-ənənələrindən, eləcə də Azərbaycan Konstitusiyasının yarandığı tarixdən danışıb.

Bununla yanaşı, Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs olunub. Qeyd edilib ki, Müslüm Maqomayevin anası vaxtilə Şimkənddə yaşayıb və çalışıb.

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, adət-ənənələri, milli təamları nümayiş olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər