Şimkənddə 28 May - Müstəqillik Günü qeyd edilib
30 may, 2025
Qazaxıstan Respublikasının Şimkənd şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" Etnomədəni Birliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü qeyd edilib.
Bayram mərasimində çıxış edən birliyin sədri Natiq İbrahimov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və bu tarixi günün müasir Azərbaycan üçün əhəmiyyətindən bəhs edib.
Birliyin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri Azərbaycan haqqında şeirlər səsləndirib, milli musiqi və rəqsləri ifa ediblər.
Bu cür tədbirlərin keçirilməsinin Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Foto qalereya
Digər xəbərlər