Səudiyyə Ərəbistanının "əl-Cəzirə" qəzetində azərbaycanlı müəllimin məqaləsi dərc olunub

25 sentyabr, 2026

Səudiyyə Ərəbistanının "əl-Cəzirə" qəzetində azərbaycanlı müəllimin məqaləsi dərc olunub

Səudiyyə Ərəbistanının aparıcı gündəlik nəşrlərindən olan “əl-Cəzirə” qəzetində və onun rəsmi internet saytında azərbaycanlı müəllim Nigar Məmmədlinin Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə qələmə aldığı məqaləsi dərc edilib.

"İkinci vətən: Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ortaq dəyərlər" başlıqlı məqalədə müəllif Səudiyyə Ərəbistanına köçdükdən sonra qazandığı təcrübəni bölüşüb, hər iki xalqı birləşdirən ortaq dəyərləri, ailə institutunun cəmiyyətdəki mühüm rolunu, qonaqpərvərlik ənənələrini və qarşılıqlı hörmətə əsaslanan münasibətləri önə çəkib.

Məqalədə, həmçinin səudiyyəli qadınların təhsil, biznes, səhiyyə, texnologiya və digər sahələrdə artan rolundan söz açılıb, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Soydaşımız Səudiyyə Ərəbistanını burada yaşadığı illər ərzində qazandığı təcrübə, dostluq münasibətləri və qarşılıqlı hörmət mühiti sayəsində özü üçün ikinci vətən hesab etdiyini diqqətə çatdırıb.

Məqalənin tam mətnini ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.al-jazirah.com/2026/20260923/uw33.html

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər