Seneqalın Misirdəki Səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

3 noyabr, 2026

Seneqalın Misirdəki Səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Seneqal Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirovu seneqallı tələbələrə uzun illər göstərdiyi dəstəyə görə təltif edib.

Seneqal Səfirliyinin Misirdə təhsil alan seneqallı tələbələr üçün təşkil etdiyi “Məzun günü” tədbirində səfirliyin müşaviri Mamadou Mbengue alimin xidmətlərini yüksək qiymətləndirib.

Soydaşımız çıxışında ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Seneqallı tələbələrə dəstək göstərmək və onların təhsilinə töhfə verməkdən böyük məmnunluq duyduğunu bildirib.

Misirdə Seneqallı Tələbələrin Milli Assosiasiyasının sədri Baba Ğor Embob çıxışında Seymur Nəsirovun uzun illər ərzində seneqallı tələbələrin təhsilinə verdiyi töhfələrdən və onların yetişməsində oynadığı mühüm roldan bəhs edib. O bildirib ki, hazırda Seneqalda müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı mütəxəssislər azərbaycanlı alimin yetirmələridir. Baba Ğor Embob özünün də bir neçə il əvvəl Seymur Nəsirovun rəhbərliyi altında təhsil aldığını xatırladıb.

Qeyd edək ki, soydaşımız 2003-cü ildən etibarən Misirdə təhsil alan əcnəbi tələbələrin təhsilinə və elmi inkişafına dəstək verir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə faydalanır. Alimin uzun illərdən bəri yetişdirdiyi tələbələr müxtəlif ölkələrdə professor, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər