Salonikidə “Heydər Əliyev və Azərbaycan diasporu” adlı tədbir təşkil edilib

26 dekabr, 2023

Salonikidə “Heydər Əliyev və Azərbaycan diasporu” adlı tədbir təşkil edilib

Yunanıstanın Saloniki şəhərində “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda tədbir keçirilib

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbirdə Türkiyənin Saloniki şəhərindəki Baş konsulu Serkan Gedik, Saloniki və Makedoniya regionunda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasında xalqımızın dahi oğlu, ümummilli lideri Heydər Əliyevin misilsiz rolundan danışıb. Cari il ərzində cəmiyyət tərəfindən keçirilmiş tədbir və görüşlər barədə də geniş məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov hər il dekabr ayının son günündə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün, eləcə də Azərbaycan diasporunun təşəkkülünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Məhz dahi şəxsiyyətin müvafiq qərarları ilə Dünya Azərbaycanlılarının Bakıda ilk qurultayının keçirildiyini, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə sayəsində torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması hər bir soydaşımızın qürur mənbəyidir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər