Sadaxlıdakı soydaşlarımız Zəfər Günü münasibətilə bir araya gəliblər
20 noyabr, 2026
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində fəaliyyət göstərən Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunan tədbir keçirilib.
Mərkəzin Azərbaycan dili müəllimi Hümmət Əhmədov Zəfər Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. Kənd ziyalıları Səyyad Xəlilov, Yunis Cəlilov, Əfəndi Mustafayev və Ayşən Əhmədova çıxışlarında bu əlamətdar günün xalqımızın tarixindəki yerindən danışıblar.
Şagirdlər Zəfər Gününə, vətənpərvərliyə həsr olunan şeirlər səsləndiriblər.
Mərkəzin rəhbəri Samir Şərifov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın birliyinin, əzminin və qəhrəmanlığının təcəssümü olduğunu bildirib. O, bu tarixi Zəfərin gənc nəslə aşılanmasının və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara təşəkkür edib.
Digər xəbərlər
