Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi artıq 1 ildir fəaliyyət göstərir

21 may, 2026

Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi artıq 1 ildir fəaliyyət göstərir

Regionun təhsil mühitində mühüm rol oynayan Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının bir ili münasibətilə tədbir keçirilib.

Mərkəzin rəhbəri Samir Şərifov çıxışında müəssisənin bir il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib. O, hazırda mərkəzdə 120 şagirdin müxtəlif istiqamətlər üzrə təhsil aldığını deyib. Həmçinin mərkəzdə “Ayın Şagirdi” və “Ən İnnovativ Müəllim” kimi stimullaşdırıcı müsabiqələrin təşkilinin daxili motivasiyanın daha da güclənməsinə töhfə verə biləcəyini qeyd edib.

Tədbirdə çıxış edənlər mərkəzin bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə və inteqrasiya proseslərinə verdiyi töhfələri yüksək qiymətləndiriblər. Onlar mərkəzin gələcək fəaliyyətində uğurlar arzulayıb, bu növ təhsil ocaqlarının gənclərin inkişafındakı əvəzsiz rolunu vurğulayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər