Rustavidəki soydaşlarımız üçün təmənnasız hüquqi xidmət fəaliyyətə başlayıb

6 may, 2025

Rustavidəki soydaşlarımız üçün təmənnasız hüquqi xidmət fəaliyyətə başlayıb

May ayının 1-dən etibarən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yerli azərbaycanlı icması üçün təmənnasız hüquqi xidmət göstərilməyə başlanılıb. Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.

Hüquqşünas və vəkil Rövşən Ziyadəliyev layihənin əsas məqsədinin Rustavi və ətraf kəndlərdə yaşayan soydaşlarımıza hüquqi məsələlərlə bağlı yardım göstərmək olduğunu söyləyib.

Vətəndaşlar hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin ofisinə yaxınlaşaraq hüquqi məsləhətlərdən faydalana bilərlər.

Soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:

Tel: +995 557 777 049

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər