Rustavidə Azərbaycanın və Gürcüstanın müstəqillik günləri qeyd olunub
26 may, 2025.jpeg)
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 26 May-Gürcüstanın və 28 May-Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
Mərkəzin rəhbəri Raida Dərziyeva çıxışında hər iki ölkənin müstəqillik günləri haqqında məlumat verib, Azərbaycan və gürcü xalqlarını bayram münasibətilə təbrik edib.
Daha sonra mərkəzin şagirdləri gürcü və azərbaycan dillərində şeirlər və mahnılar səsləndirib, rəqs nömrələri ifa ediblər.
Bu cür tədbirlərin keçirilməsinin həm Gürcüstanda yaşayan azərbaycanlıların mədəni kimliyini qorumağa, həm də iki qonşu xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər