"Land of Fire" cəmiyyəti Çexiyanın müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb

1 noyabr, 2024

"Land of Fire" cəmiyyəti Çexiyanın müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb

Çexiyanın Praqa şəhərində fəaliyyət göstərən "Land of Fire" (“Odlar yurdu”) cəmiyyəti Çexiya Respublikasının Prezidenti Petr Pavelə, eləcə də Çexiya parlamentinə, Çexiya Senatına və merinə 28 oktyabr – Çexiya Respublikasının müstəqillik günü  münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.  Çexiya hökümətinə və xalqına ən xoş arzular bildirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər