GAİM abituriyentlər üçün riyaziyyat dərslərini davam etdirir
1 may, 2026
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “1+4” universitetə hazırlıq proqramı çərçivəsində riyaziyyat dərsləri uğurla davam etdirilir.
Müəllim Fərzin Məşədiyevin tədris etdiyi dərslərdə şagirdlərin məntiqi düşüncə qabiliyyətinin inkişafı, imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsi və mövzuların dərindən mənimsənilməsi əsas prioritet kimi müəyyən olunub.
Dərslər I və II günlər saat 16:30-dan 17:30-dək, VI və bazar günləri isə saat 10:00-dan 14:00-dək keçirilir.
GAİM-in həyata keçirdiyi bu proqram gənclərin ali təhsilə hazırlığında mühüm rol oynayır və onların gələcək uğurlarına zəmin yaradır.
Foto qalereya
Digər xəbərlər
