Qazaxıstan Prezidenti soydaşlarımıza təşəkkür edib
1 may, 2026
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Kostanay vilayətində fəaliyyət göstərən “Birlik” Etnomədəni Birliyinin sədri Rafael Hacıbalayev və birliyin üzvü Leyla Kərimovaya təşəkkür məktubu ünvanlayıb.
Məktubda onların yeni Konstitusiya layihəsinin təşviqinə verdikləri töhfələri, ümumxalq referendumunun təşkilində və keçirilməsində fəal iştirakları, həmçinin nümayiş etdirdikləri aktiv vətəndaşlıq mövqeyi vurğulanıb.
Qeyd edək ki, cəmiyyətinin inkişafına töhfə verən, ictimai-siyasi proseslərdə fəallıq göstərən soydaşlarımızın fəaliyyətinin belə yüksək qiymətləndirilməsi onların yerli cəmiyyətlərə uğurlu inteqrasiyası baxımından olduqca təqdirəlayiq haldır.
Digər xəbərlər
