Qırğızıstanın əməkdar incəsənət xadimi: “Azərbaycanlı dostlarımızdan öyrənəcəyimiz çox şey var”

29 noyabr, 2023

Qırğızıstanın əməkdar incəsənət xadimi: “Azərbaycanlı dostlarımızdan öyrənəcəyimiz çox şey var”

Qırğızıstanın kabar.kg xbər portalında Qırğızıstanda Azərbaycanın Dostları Klubunun prezidenti, tanınmış ictimai xadim, respublikanın əməkdar incəsənət xadimi Assol Moldokmatovanın “Azərbaycanlılar Qırğızıstan xalqının ayrılmaz hissəsidir” sərlövhəli müsahibəsi yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ötən həftə Qırğızıstana səfərinə münasibətini bildirən Assol Moldokmatova Bişkekdə keçirilən görüşlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların dəstəklənməsi, milli-mədəni kimliklərinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib: “Düzünü desəm, öz ölkələrindən kənarda yaşayan azərbaycanlıların necə dəstəkləndiyinə bir daha əmin oldum. Bu təqdirəlayiqdir. Rusiya Federasiyasındakı qırğız miqrantlar dövlətimizin onların problem və ehtiyaclarına analoji daimi diqqət göstərməsini yalnız arzu edə bilərlər. Bu baxımdan bizim azərbaycanlı dostlarımızdan öyrənəcəyimiz çox şey var”.

Qeyd edib ki, azərbaycanlılar arasında qardaş Qırğızıstanın inkişafına sanballı töhfələr bəxs edən ləyaqətli insanlar var və həmvətənlərimizin tədbirlərində tez-tez iştirak edir. Azərbaycan icmasının mənəvi lideri hesab etdiyi ictimai xadim Akif Alaferdovla dostluq etdiyini, diasporun yeni lideri Xansıvar Baxşəliyevin fəaliyyətinin rəğbət doğurduğunu vurğulayıb.

Müsahibəni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://kabar.kg/news/assol-moldokmatova-azerbaidzhantcy-neot-emlemaia-chast-naroda-kyrgyzstana/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər