Qazaxıstanda yaşayan azərbaycanlılar dünya çempionatında güləşçilərimizə dəstək olublar

27 oktyabr, 2026

Qazaxıstanda yaşayan azərbaycanlılar dünya çempionatında güləşçilərimizə dəstək olublar

Qazaxıstanın paytaxtı Astanada yerləşən “Barys Arena”da 2026-cı il güləş üzrə dünya çempionatı keçirilir.

Müxtəlif ölkələrdən idmançıların qatıldığı yarışda Azərbaycanı təmsil edən güləşçilərimiz də mübarizə aparırlar.

Qazaxıstanda yaşayan soydaşlarımız idmançılarımıza dəstək olmaq və onlara mənəvi ruh yüksəkliyi vermək məqsədilə “Barys Arena”ya toplaşıblar. Azərbaycan bayraqları ilə arenaya gələn soydaşlarımız güləşçilərimizə azarkeşlik edərək onların çıxışlarına böyük maraq göstəriblər.

Soydaşlarımızın bu dəstəyi xaricdə yaşayan azərbaycanlıların ölkəmizə bağlılığını, milli həmrəyliyini və idmançılarımızın uğurlarına olan inamını bir daha nümayiş etdirib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər