Azərbaycanlı tədqiqatçı-alim Misirdə keçirilən seminarda iştirak edib

26 oktyabr, 2026

Azərbaycanlı tədqiqatçı-alim Misirdə keçirilən seminarda iştirak edib

Misirin İslam İşləri üzrə Ali Şurasının Xarici Əlaqələr Mərkəzi seminar keçirib.

Seminarda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov məruzə ilə çıxış edib. O, çıxışında beynəlxalq münasibətlərlə bağlı bir sıra məsələlərə, dövlətlər və xalqlar arasında qarşılıqlı əlaqələrin əsas xüsusiyyətlərinə toxunaraq vurğulayıb ki, dialoq, qarşılıqlı anlaşma, eyni zamanda birgə əməkdaşlığa əsaslanan millətlərarası əlaqələrin qurulmasında siyasi və mədəni kontekstlərin düzgün anlaşılması mühüm amildir.

Tədqiqatçı-alim mərkəzin əməkdaşlarının qlobal məsələlərə dair məlumatlarının artırılmasının, dövlətlərarası münasibətlərin mahiyyəti haqqında biliklərinin dərinləşdirilməsinin, regional və beynəlxalq problemlərin müxtəlif aspektlərinin əhatəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu istiqamətdə fəaliyyət qlobal yeniliklərə bilik və obyektiv təhlilə əsaslanan şüurlu yanaşma ilə münasibət bildirmək bacarığını gücləndirir. Eyni zamanda, tədqiqatçı-alim mədəni ünsiyyətin cəmiyyətlər arasında anlaşma körpülərinin qurulmasında, xalqlar arasında dostluq və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Alimin çıxışı yerli media, eləcə də Misirin Vəqflər Nazirliyinin və İslam İşləri üzrə Ali Şuranın veb səhifələrində dərc olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər