Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan açıq dərs keçirilib

13 may, 2025

Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan açıq dərs keçirilib

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Qazaxıstanın Yessenov Universitetinin Azərbaycan Mərkəzində açıq dərs keçirilib.

Öncə görkəmli siyasi xadimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov tələbələrə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Ulu Öndərin müasir Azərbaycanın qurulmasında və Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafındakı rolundan bəhs edib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin təhsilə və gənclərin inkişafına böyük əhəmiyyət verdiyini, onları ölkənin gələcəyi kimi gördüyünü deyib.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər