Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Moldovada tədbir keçirilib
13 may, 2025
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Kişineuda təntənəli tədbir keçirilib.
Tədbirdə Türkiyənin Moldovadakı səfiri Uyğar Mustafa Sərtəl, Qazaxıstanın Moldovadakı səfiri Almat Aydarbekov, Moldova Parlamentinin deputatı və Azərbaycanla dostluq qrupunun sədri Vitaliy Jakot, Qarabağ müharibəsi iştirakçıları, Moldova Azərbaycanlıları Konqressinin fəalları və digər diaspor nümayəndələri iştirak ediblər.
Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında mühüm rol oynayan görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin ərazisindəki büstü önünə gül dəstələri düzülüb. Daha sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətinin əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev çıxış edərək Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb.
Tədbirin bədii hissəsi ilə davam edib. Diaspor nümayəndəsi, istedadlı skripka ifaçısı Rəşad Sadıqovun çıxışı bədii hissəyə xüsusi rəng qatıb.
Foto qalereya
Digər xəbərlər