Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Kütahyada tədbir keçirilib
13 may, 2025.jpeg)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Kütahya şəhərində Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyi anım tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə Kütahyanın mərkəzində Ulu Öndərin gənclik illərindən başlayaraq zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 102 ədəd ağacəkmə kampaniyasına qoşulublar.
Tədbirdə çıxış edən Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov “Bir millət, iki dövlət” şüarının müəllifi, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edib. O, 1990-cı illərin Azərbaycan üçün son dərəcə mürəkkəb və gərgin bir dövr olduğunu qeyd edib. Həmin mərhələdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqımız üçün dönüş nöqtəsi adlandırıb, məhz onun uzaqgörən siyasəti, iradəsi, rəhbərlik bacarığı sayəsində ölkənin xaosdan çıxıb sabitlik və inkişaf yoluna yönəldiyini diqqətə çatdırıb.
Yerli ictimaiyyətin böyük marağına səbəb olan tədbirdə Kütahya valisinin müavini, vilayət rəhbərliyi, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
Foto qalereya
Digər xəbərlər