Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bolnisidə tədbir keçirilib
13 may, 2025.jpg)
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gürcüstanın Bolnisi rayonundakı "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə anım tədbiri keçirilib.
İlk olaraq Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Rezo Həsənov Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, müstəqilliyimizin möhkəmləndirilməsində və milli dövlətçiliyimizin inkişafında əvəzsiz rolunu vurğulayıb.
Çıxışlarda Heydər Əliyevin həyat və fəaliyyətindən danışılıb, onun ideyalarının bu gün də yaşayaraq gələcək nəsillərə örnək olduğu söylənilib.
Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyev haqqında kitablar sərgilənib.
Sonda Ulu Öndərə həsr olunan sənədli film nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər