Qardabanidə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş konfrans keçirilib

12 may, 2025

Qardabanidə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş konfrans keçirilib

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin (QTİM) təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

QTİM-nin direktoru Çiçək Hüseynova çıxış edərək müstəqillik, suverenlik və konstitusiya quruluşunun mahiyyəti barədə danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov ilk milli Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətləri, Vətən müharibəsində qazanılan uğurlar barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızın və digər xarici ölkələrdəki diaspor təşkilatlarımızın qayğısına qaldığını bildirib.

Ardınca ictimai fəal, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, professor Mahmud Kamaloğlu çıxışlarında konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasındakı rolunu qeyd ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər